hia.az

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi oldu

46 dəfə baxılıb 24-05-2025, 13:58

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi oldu

İstanbulda 16 mayda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına əsasən əsir mübadiləsi baş tutub.

Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Qeyd olunub ki, Kiyev 307 rus hərbi qulluqçusunu geri qaytarıb.

Əvəzində 307 Ukrayna Silahlı Qüvvələrinin hərbi əsiri qarşı tərəfə təhvil verilib.

“Hazırda rus hərbi qulluqçuları Belarus Respublikasının ərazisindədir və onlara zəruri psixoloji və tibbi yardım göstərilir. Bütün rus hərbi qulluqçuları müalicə və reabilitasiya məqsədilə Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrinə çatdırılacaq.Mübadilə prosesi davam etdiriləcək”, - açıqlamada vurğulanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi