hia.az
hia.az

Xəzər dənizində yaradılan süni torpaq sahələrinin icarəsi ilə bağlı yeni sənədlər müəyyənləşib

42 dəfə baxılıb 24-05-2025, 10:21

Xəzər dənizində yaradılan süni torpaq sahələrinin icarəsi ilə bağlı yeni sənədlər müəyyənləşib

Xəzər dənizinin (gölünün) Azərbaycana məxsus hissəsində yaradılan süni torpaq sahələrinin icarəyə verilməsi üçün tələb olunan sənədlər müəyyənləşdirilib.

Bu məqsədlə İqtisadiyyat Nazirliyinin Kollegiyası “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahələrinin icarəyə verilməsi Qaydaları”na dəyişiklik edib.

Nazir Mikayıl Cabbarovun imzaladığı qərara əsasən, icarəyə verilən torpaq sahələrinin kateqoriyalarına “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna uyğun olaraq formalaşdırılmış sahələr də əlavə olunub.

Bu cür sahələrin icarəyə verilməsi üçün hüquqi və ya fiziki şəxslərdən iki sənəd tələb olunur: ərizə və süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi