hia.az

İlham Əliyev: Ölkələrimizə xaricdən müdaxilə cəhdləri var və olacaq

63 dəfə baxılıb 23-05-2025, 10:44

İlham Əliyev: Ölkələrimizə xaricdən müdaxilə cəhdləri var və olacaq

Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə daxildə sabitlik olsa da, təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var və olacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev  mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

“Yəni, heç kim bundan sığortalı deyil. Ona görə daxili işlər orqanlarının əsas vəzifəsi olan ictimai asayişin qorunması, əlbəttə ki, hər bir ölkəmiz üçün önəmli daxili sabitlik amilidir. Təşkilata üzv ölkələrin daxili işlər orqanlarının bir araya gəlməsi, müntəzəm olaraq görüşlərin keçirilməsi, fikir mübadiləsi, təcrübə mübadiləsi, informasiya mübadiləsi aparılması böyük önəm daşıyır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi