hia.az

ABŞ Aİ-ni ölkə mallarına birtərəfli rüsumları azaltmağa məcbur edir

50 dəfə baxılıb 23-05-2025, 09:37

ABŞ Aİ-ni ölkə mallarına birtərəfli rüsumları azaltmağa məcbur edir

ABŞ uğurlu ikitərəfli ticarət danışıqlarının şərti kimi Avropa İttifaqının (Aİ) ölkə mallarına birtərəfli rüsumların azaldılmasına məcbur edir.

Bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən bildirib.

Onların məlumatına görə, ABŞ Prezidenti Donald Trampın danışıqçıları Avropa İttifaqının birtərəfli tarifləri azaltmasına çalışır.

“ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir Avropa Komissiyasının ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviçə Brüsselin hazırkı mövqeyinin Vaşinqtonu qane etmədiyini, eləcə də birlikdən təşəbbüslər gözlədiklərini deməyə hazırlaşır”, - mənbələr bildirib.

Ağ Ev Aİ ilə hər hansı bir razılaşmanın əldə edilməsi ilə bağlı "nikbin deyil" - tərəflərin mövqeləri həddindən artıq fərqlidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi