hia.az

Fidan: İstanbul danışıqları Ukraynada nizamlanma üçün əsas ola bilər

38 dəfə baxılıb 21-05-2025, 11:36

Fidan: İstanbul danışıqları Ukraynada nizamlanma üçün əsas ola bilər

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar hərtərəfli atəşkəs və münaqişənin sülh yolu ilə həlli üçün əsas olacaq.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Budapeştdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

"Ümid edirik ki, İstanbul danışıqları gələcəkdə hərtərəfli atəşkəsə, eləcə də ədalətli və möhkəm sülhün bərqərar olmasına yol açacaq", - Fidan bildirib.

Qeyd edək ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar aparılıb. Danışıqların yekunları üzrə Moskva və Kiyev "1000-in 1000-nə" formulu əsasında əsir mübadiləsi həyata keçirmək, gələcəkdə mümkün atəşkəs barədə öz baxışlarını təqdim etmək və danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi