hia.az

Gender bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı qəbul ediləcək

65 dəfə baxılıb 21-05-2025, 10:16

Gender bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı qəbul ediləcək

Azərbaycanda Gender bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı layihəsi qəbul ediləcək.

Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.

Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

İllik məlumatda bildirilib ki, Dövlət Komitəsi həmçinin "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunun icra mexanizmlərinin təkmilləşdirilməsini də tövsiyə edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tövsiyələri sırasında genderəsaslı büdcə siyasəti və praktikasının formalaşdırılması, siyasi partiyalarda gender bərabərliyinin qorunması, idarəetmə, qərar qəbuletmədə bərabər təmsilçilik, iştirakçılıq imkanlarının genişləndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də yer alıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi