hia.az

Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək

48 dəfə baxılıb 21-05-2025, 08:31

Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Eylül Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəddə balanslaşdırılmış iştiraka yönəlmiş tələbə mübadiləsi proqramları, təhsil və tədqiqat əməkdaşlığını inkişaf etdirmək üçün akademik heyət mübadiləsi, dərs materialları, elmi nəşrlər və digər tədris resurslarının paylaşılması, birgə tədqiqat layihələrinin araşdırılması, tədris və tədqiqat metodologiyalarının inkişafı, bilik və təcrübə mübadiləsi üçün akademik tədbirlərin təşkili nəzərdə tutulub.

Bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun qarşısına qoyduğu məqsədlərdən biri də ali təhsil müəssisəsinin beynəlxalq miqyasında tanınmasına, eyni zamanda, dünya təcrübəsindən istifadə edərək yüksəkixtisaslı kadrlar hazırlanmasına nail olmaqdır. Bu istiqamətdə Aİİ ilahiyyat sahəsində tanınmış dünya universitetləri ilə əlaqələr yaradır, ikitərəfli əməkdaşlığa dair memorandumlar və müqavilələr imzalayır.

Hazırda əməkdaşlıq müqavilələri çərçivəsində Aİİ-nin tələbələri xarici ölkə universitetlərində ilahiyyat sahəsi üzrə təhsillərini davam etdirirlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi