hia.az
hia.az

Belçika Ukraynaya ildə bir milyard avroluq silah tədarük etməyi planlaşdırır

43 dəfə baxılıb 20-05-2025, 13:34

Belçika Ukraynaya ildə bir milyard avroluq silah tədarük etməyi planlaşdırır

Belçika hökuməti Ukraynaya ildə bir milyard avro dəyərində silah tədarük etməyi və F-16 qırıcılarının çatdırılmasını sürətləndirməyi planlaşdırır.

Bu barədə Belçikanın müdafiə naziri Teo Franken Avropa İttifaqının xarici işlər və müdafiə nazirlərinin görüşünə gedərkən bildirib.

Belçika atəşkəs əldə edildikdən dərhal sonra Fransa və Böyük Britaniyanın başçılıq etdiyi "Arzuedənlər koalisiyası"nın tərkibində Ukraynaya qoşun göndərməyə hazırdır.

"Belçika Ukraynaya bir milyard avro məbləğində hərbi yardım göstərəcək. Bu tranş artıq təsdiqlənib və biz bu dəstəyi hər il təmin etməyə hazırıq", - Franken bildirib.

O həmçinin qeyd edib ki, Belçika F-16-ları razılaşdırılmış müddətdən daha tez tədarük etməyə çalışır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi