hia.az

AFFA rəsmisi FIFA-nın seminarına qatılıb

49 dəfə baxılıb 20-05-2025, 10:29

AFFA rəsmisi FIFA-nın seminarına qatılıb

AFFA-nın sosial və ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva Bruton şəhərində FIFA və İngiltərənin The Open University arasında əməkdaşlıq çərçivəsində keçirilən seminara qatılıb.

Seminar 50 ölkədən olan federasiya nümayəndələri üçün uşaqların hüquq və bacarıqlarının müdafiəsi mövzusunda təşkil olunub.

Seminarın təşkilində əsas məqsəd uşaqların hüquqlarının qorunması sahəsində məlumatlılığın artırılması, təhsil və idman sahəsində uşaqların müdafiəsinə yönələn siyasətlərin gücləndirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.

Mayın 23-dək davam edəcək seminarda müxtəlif mövzularda fikir mübadiləsi aparılır.

Qeyd edək ki, K.Mustafayeva FIFA və İngiltərənin The Open University arasında əməkdaşlıq çərçivəsində təşkil olunan uşaqların müdafiəsi mövzusunda 4-cü kursdadır. İki il davam edən təhsilə 2025-ci ilin avqustunda müdafiə olunaraq yekun vurulacaq.(Report)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi