hia.az

Səhnədə yenə huşunu itirdi

60 dəfə baxılıb 19-05-2025, 10:03

Səhnədə yenə huşunu itirdi

Türkiyəli müğənni Ziynet Salinin başına iş gəlib.

İzmirin Çeşmə bölgəsində səhnəyə çıxan 50 yaşlı müğənni mahnı oxuyarkən özünü pis hiss edərək yerə yıxılıb. Bu zaman komandası onu dərhal səhnə arxasına aparıb.

Sali daha sonra açıqlama verərək artıq özünü yaxşı hiss etdiyini bildirib: “Dünən gecə səhnədə özümü çox pis hiss etdim. Səbəb qan təzyiqimin çox aşağı olması idi. Buna yorğunluq deyək... İndi yaxşıyam”.

Bu hadisə sənətçinin pərəstişkarlarını narahat edib. Çünki Ziynet Sali əvvəllər də oxşar sağlamlıq problemi yaşayıb. Belə ki, 2018-ci ildə Beylikdüzündə verdiyi konsert zamanı səhnədə halı pisləşən ifaçı huşunu itirərək səhnə arxasına aparılmışdı.(Qafqazinfo)






XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi