hia.az

KİV: Son gündə Qəzzaya zərbələr nəticəsində 151 nəfər həlak olub

43 dəfə baxılıb 19-05-2025, 07:38

KİV: Son gündə Qəzzaya zərbələr nəticəsində 151 nəfər həlak olub

Mayın 18-də İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 151 nəfər həlak olub.

Bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

Məlumata görə, onlardan 70-i Qəzza şəhərinin və Fələstin anklavının şimalındakı ərazilərin bombalanması nəticəsində həlak olub.

İsrailin Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bazar günü bildirib ki, ölkənin Müdafiə Ordusu Qəzza zolağında radikal HƏMAS hərəkatını məğlub etmək üçün həyata keçirilən hərbi əməliyyat olan “Gideonun arabaları” əməliyyatının həlledici mərhələsinə başlayıb.

"Quru qoşunları Qəzza zolağının dərinliklərinə doğru irəliləyir, HƏMAS strukturlarına dəqiq zərbələr endirir və əsas mövqeləri tutur. Son bir həftə ərzində aviasiya yüzlərlə hədəfi vurub, anbarları, tunelləri, raket mövqelərini və terrorçuları məhv edib", - o vurğulayıb.

Daha əvvəl İsrailin anklavda aclıq təhlükəsinin qarşısını almaq üçün Qəzza zolağına ərzaq tədarükünə icazə verəcəyi bildirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi