hia.az
hia.az

İlham Əliyev: Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verir

15 dəfə baxılıb 16-05-2025, 13:58

İlham Əliyev: Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verir

Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 16-da Tiranada Avropa Ittifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə deyib.

Dövlət başçısı ölkənin Avropanın enerji təhlükəsizliyində roluna toxunub:

“Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər var. Bu gün Azərbaycanın Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında rolu var”.

Azərbaycanın Orta Dəhlizdə oynadığı vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri qeyd etdi. Prezident Orta Dəhlizlə yüklərin daşınma həcminin artdığını da deyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi