hia.az
hia.az

Semur Məmmədovun rəhbərliyi altında Sumqayıt Bulvar İdarəsi şəhərimizin abadlaşdırılması və vətəndaşlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsi istiqamətində uğurlu fəaliyyətini davam etdirir

12 dəfə baxılıb 14-05-2025, 17:09


Həyatda elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”.

Belə insanlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında gözəl insan, təşkilatçı, "Sumqayıt Bulvar" MMC-nin direktoru Semur Məmmədovdur.

Semur Məmmədov Sumqayıtda bacarıqlı və yüksək səviyyəli şəxs kimi tanınır.

O, harda olmasından asılı olmayaraq hər zaman və hər yerdə mənsub olduğu el-obanın problemləri ilə maraqlanaraq, onların həll olunmasına yardım göstərib.

O, öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub.

Yorulmadan çalışır, zəhmət çəkir. Onu tanıyan kəsə bəllidir ki, Semur müəllim yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.

O, elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan insandır ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Qeyd edək ki, on günlər bəzi media orqanlarında Sumqayıt Bulvar İdarəsinin direktoru Semur Məmmədovun fəaliyyəti ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmağa yönəlib.

Məlumat üçün bildiririk ki, Semur Məmmədovun rəhbərliyi altında Sumqayıt Bulvar İdarəsi şəhərimizin abadlaşdırılması və vətəndaşlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsi istiqamətində uğurlu fəaliyyətini davam etdirir.



Qeyd olunan iddiaların heç biri rəsmi araşdırmalarla təsdiqlənməyib və bu məlumatların yayılması şəxsin nüfuzuna xələl gətirmək məqsədi daşıyır.

Xatırladaq ki, may ayının 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Bulvarı ərazisində keçirilən ağacəkmə aksiyasında bulvar direktorunun iştirak etməməsi ilə bağlı əsassız və yalan məlumatlar yayılır.

Dovletxeberleri olaraq qeyd olunan tədbirdən çəkilmiş və direktorun da ön sıralarda olduğunu əks etdirən görüntüləri təqdim edirik.
Semur Məmmədovun rəhbərliyi altında Sumqayıt Bulvar İdarəsi şəhərimizin abadlaşdırılması və vətəndaşlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsi istiqamətində uğurlu fəaliyyətini davam etdirir.

Bu səbəbdən, media nümayəndələrini və ictimaiyyəti yayılan məlumatlara ehtiyatla yanaşmağa və yalnız rəsmi mənbələrdən əldə olunan məlumatlara əsaslanmağa çağırırıq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi