hia.az
hia.az

Aİ Ukrayna kənd təsərrüfatı məhsullarına rüsumları iyundan artıra bilər

51 dəfə baxılıb 14-05-2025, 09:36

Aİ Ukrayna kənd təsərrüfatı məhsullarına rüsumları iyundan artıra bilər

Avropa İttifaqı (Aİ) Ukrayna mallarının bəzi kateqoriyalarına, o cümlədən kənd təsərrüfatı məhsullarına rüsumları əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Bu barədə “Financial Times” mənbələrə istinadən yazıb.

Tədbirlər iyunun 6-dan qüvvəyə minə bilər.

Bildirilib ki, Brüssel Ukrayna məhsullarının bəzi kateqoriyalarının rüsumsuz idxalı haqqında iyunun 5-nə qədər qüvvədə olan sazişə yenidən baxmaq niyyətindədir. Yeni sazişlə bağlı danışıqlar müddətində Avropa Komissiyası illik rüsumsuz kvotanı 12 aylıq kvotaya bölə bilər.

Qərar Polşanın avropalı fermerlərin müdafiəsi kampaniyasına başlaması ilə əlaqədardır. Nəşrin qiymətləndirməsinə görə, tədbirlərin qəbul edilməsi Ukrayna iqtisadiyyatına zərbə vuracaq.

Ukrayna kənd təsərrüfatı məhsullarının Avropa İttifaqına rüsumsuz idxalı 2022-ci ilin iyunundan qüvvədədir. Bu tədbirlər 2023-cü və 2024-cü illərdə uzadılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi