hia.az
hia.az

Şahin Bağırov Yardımlıda vətəndaşları qəbul edəcək

52 dəfə baxılıb 12-05-2025, 13:54

Şahin Bağırov Yardımlıda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Yardımlıda Yardımlı, Masallı, Cəlilabad, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul mayın 16-da saat 10:00-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində (ünvan: Yardımlı şəhəri, Heydər Əliyev küç.165) baş tutacaq.

Qəbul zamanı Yardımlı, Masallı, Cəlilabad, Lənkəran, Astara və Lerik rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi