hia.az

Rusiya Ukrayna ilə sazişdən imtina edərsə, ABŞ ona sanksiyalar tətbiq edə bilər

43 dəfə baxılıb 5-05-2025, 06:54

Rusiya Ukrayna ilə sazişdən imtina edərsə, ABŞ ona sanksiyalar tətbiq edə bilər

ABŞ Moskva Vaşinqtonun Ukraynada müharibənin başa çatması ilə bağlı təklif etdiyi sazişdən imtina edərsə, Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər.

Bu barədə Amerika lideri Donald Tramp “NBC News” telekanalına müsahibəsində bildirib.

“Bu, Rusiyanın sülhə nail olmağa yönəlmiş davranış nümayiş etdirməsindən asılıdır”, – o, müvafiq suala cavabında söyləyib.

Aprel ayının əvvəlində ABŞ Konqresinin hər iki partiyasından olan senatorlar qrupu qanun layihəsi təqdim edib ki, bu da Rusiya Vaşinqtonun Ukraynada müharibənin başa çatması ilə bağlı təklif etdiyi sazişdən imtina edərsə, Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı birinci və ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutur.

Təklifdə Rusiya nefti, qazı, uranı və digər malları alan ölkələrdən gələn mallara 500 % idxal rüsumları göstərilib. Qanun layihəsi senatorlar Lindsi Qrem (Cənubi Karolina ştatından respublikaçı) və Riçard Blumental (Konnektikut ştatından demokrat) tərəfindən təqdim edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi