hia.az

Manatlıq taksilər qanunsuz fəaliyyət göstərirlər - AYNA

51 dəfə baxılıb 2-05-2025, 14:23

Manatlıq taksilər qanunsuz fəaliyyət göstərirlər - AYNA

"Manatlıq taksi anlayışı yoxdur, bir çox hallarda onlar qanunsuz fəaliyyət göstərir”.

Bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov deyib.

Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev isə deyib ki, yol polisi bu problemlə mübarizə aparır:

“Yol polisi bir nöqtəyə bütün gün təhkim oluna bilməz. Yol polisi əməkdaşı ərazidən uzaqlaşan kimi manatlıq taksilər ora qayıdıb dayanır. Cəzaların sərtləşdirilməsi sürücüləri bu hərəkətdən çəkindirsə də, bu problem var. Sürücünün özünün məsuliyyəti olmalıdır. Həmin sürücülərin arxivinə baxanda görürük ki, onlar qazandıqlarını da cərimə ödəyir, amma bu əməldən əl çəkmirlər. Biz o taksi sürücüləri ilə görüşlər təşkil etməyə və onları bu əməldən çəkindirməyə çalışırıq".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi