hia.az

Rövşən Tağıyev: Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır

47 dəfə baxılıb 2-05-2025, 14:02

Rövşən Tağıyev: Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır

Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır.
Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panelin sual-cavab hissəsində deyib.
Onun sözlərinə görə, mübarizə hallarına baxmayaraq, yenə də qanunsuz taksi fəaliyyəti halları var:
“Yol polisi bir nöqtəyə daimi təhkim oluna bilməz, bu, aydındır. Buna görə də polis heyəti ərazidən uzaqlaşan zaman yenidən qanunsuz taksi fəaliyyəti hallarına rast gəlinir. Biz bu istiqamətdə mütəmadi olaraq mübarizə tədbirləri həyata keçiririk və bu proses davam etdiriləcək”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi