hia.az

Cəmil Quliyev Kino Agentliyinin Müşahidə Şurasına sədr təyin olunub

52 dəfə baxılıb 2-05-2025, 13:41

Cəmil Quliyev Kino Agentliyinin Müşahidə Şurasına sədr təyin olunub

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına sədr təyin edilib.

Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə bu vəzifəyə kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev təyinat alıb. 

Qeyd edək ki, Cəmil Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə bitirib. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib.

2006–2013-cü illərdə Azərbaycan Dövlət Film Fondunun direktoru, 2011–2013-cü illərdə “Mədəniyyət” kanalına, 2013–2018-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinə rəhbərlik edib.

O, eyni zamanda bir müddət Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi işləyib. 2018–2019-cu illərdə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri olub. 2019–2020-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb. 2020-ci ildən Azərbaycan Dövlət Film Fondunun direktorudur.

2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına, 2018-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi