hia.az
hia.az

KİV: Tramp büdcəni 163 milyard dollar azaltmağı təklif edəcək

44 dəfə baxılıb 2-05-2025, 08:15

KİV: Tramp büdcəni 163 milyard dollar azaltmağı təklif edəcək

ABŞ prezidenti Donald Tramp növbəti maliyyə ili üçün büdcə layihəsində xərclərin 163 milyard dollar azaldılmasını təklif edəcək.

Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Təklifin cümə günü, mayın 2-də dərc ediləcəyi gözlənilir.

Ümumilikdə, diskresion (məcburi olmayan) məqsədlər üçün 557 milyard dollar təklif ediləcək ki, bu da sentyabrın 30-da başa çatacaq 2025-ci maliyyə ili üçün nəzərdə tutulan xərclərdən 22,6% azdır.

Bildirilib ki, maliyyənin kəsilməsi Enerji, Təhsil, Mənzil, Səhiyyə, İnsan Xidmətləri Departamentlərinin və Ətraf Mühitin Mühafizəsi Agentliyinin proqramlarına təsir edəcək. ABŞ-nin əvvəlki prezidenti Co Bayden dövründə ayrılması qərarı verilən bir çox federal qrantlar da ləğv ediləcək.

Eyni zamanda, Donald Trampın büdcə layihəsində Amerika sərhədinin qorunması üçün xərclərin artırılması nəzərdə tutulur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi