hia.az

Çin ABŞ-nin ticarət danışıqları ilə bağlı çağırışına şərt qoyub

50 dəfə baxılıb 2-05-2025, 07:22

Çin ABŞ-nin ticarət danışıqları ilə bağlı çağırışına şərt qoyub

Çin hakimiyyəti ABŞ-nin ikitərəfli danışıqlara hazır olduqları barədə bəyanatlarını öyrənir.

Bu barədə “Bloomberg” agentliyi Çin Ticarət Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Nazirlik xatırladıb ki, ABŞ rəsmiləri ticarət tariflərini müzakirə etmək üçün Çinlə danışıqlar aparmağa hazır olduqlarını dəfələrlə bildiriblər.

“ABŞ bu yaxınlarda maraqlı tərəflər vasitəsilə Pekinə Çinlə danışıqlara başlamağa hazır olduqlarını bildirən mesajlar göndərib. Çin hazırda bunu öyrənir”.

Ticarət Nazirliyinin bəyanatında həmçinin qeyd olunub ki, tarif və ticarət müharibəsi ABŞ tərəfindən birtərəfli qaydada başladılıb: “Əgər ABŞ danışıqlar aparmaq istəyirsə, səmimiyyətini nümayiş etdirməli, səhvlərini düzəltmək və birtərəfli tarifləri aradan qaldırmaq üçün addımlar atmağa hazır olmalıdır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi