hia.az

Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib

51 dəfə baxılıb 1-05-2025, 10:41

Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib

Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib.

Bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə edilib.

Qeyd edilib ki, Azərbaycan Konstitusiyasına əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub.

K.Əliyev ona yenidən etimad göstərib təyinatı ilə bağlı ali qanunverici orqana təqdimat göndərdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi