hia.az

İrandakı zəlzələ nəticəsində 19 nəfər yaralanıb - YENİLƏNİB

44 dəfə baxılıb 1-05-2025, 10:23

İrandakı zəlzələ nəticəsində 19 nəfər yaralanıb - YENİLƏNİB

İranın Xorasan Rezəvi əyalətinin Raştxar şəhərində baş verən zəlzələ nəticəsində 19 nəfər yaralanıb.

Bunu əyalətin böhranlı vəziyyət idarəsi üzrə baş direktoru Seyid Məsud Yavəri bildirib. 

Onun sözlərinə görə, Taybad, Qonabad, Zavə və Torbat-Heydəriyə şəhərlərinin sakinləri də zərər çəkiblər. Bildirilib ki, ən çox xəsarət alan və ziyan dəyən Torbat-Heydəriyyənin sakinləridir.

Baş direktor deyib ki, zərərçəkənlərin sayının artacağı ehtimalı olsa da, xəsarət alanların hamısının vəziyyəti yaxşıdır. 

Məlumata görə, zəlzələ 10 km dərinlikdə, Raştxar şəhərindən 12, Dövlətabaddan (Zavə) 23, Torbat-Heydəriyyədən 43 km aralıda baş verib.

Qeyd edək ki, Raştxarın 61 min əhalisi var. O,  Məşhəddən 199 kilometr cənubda yerləşir. 

09:18

İranın Xorasan Rezəvi əyalətinin Raştxar şəhərində mayın 1-də səhər saatlarında 5 maqnitudalı zəlzələ olub.

Bu barədə şəhərin icra başçısı Seyid Əli Musəvi bildirib.

Onun sözlərinə görə, hadisə yerinə xilasedicilər cəlb olunub.

Ə.Musəvi təbii fəlakət nəticəsində dəyən maliyyə ziyanını araşdırdığını qeyd edib. O bildirib ki, yeraltı təkanlar qonşu Xaf və Torbat-Heydəriyyə şəhərlərində də hiss edilib.

İcra başçısının sözlərinə görə, təbii fəlakət nəticəsində xəsarət alan və ölən olmayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi