hia.az

İsraildə meşə yanğınları nəticəsində 17 yanğınsöndürən xəsarət alıb

42 dəfə baxılıb 1-05-2025, 09:31

İsraildə meşə yanğınları nəticəsində 17 yanğınsöndürən xəsarət alıb

İsraildə güclü meşə yanğınları səbəbindən 17 yanğınsöndürən xəsarət alıb.

Bu barədə “Times of Israel” yanğınsöndürmə və xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

"Hazırkı mərhələdə biz hələ də yanğını nəzarət altına ala bilməmişik. 150-dən çox yanğınsöndürmə briqadası hələ də yanğınların söndürülməsi üzərində işləyir", - xidmətin bəyanatında qeyd edilib.

Xatırladaq ki, daha əvvəl İsrailin Aşkelon, Beer-Şeva, Modiin və s. şəhərlərində hava şəraiti və yanğınlar səbəbindən Müstəqillik Günü ilə bağlı tədbirlərin ləğv edildiyi bildirilmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi