hia.az
hia.az

İran XİN başçısı: Uranın zənginləşdirilməsi prinsipi ABŞ ilə müzakirə mövzusu deyil

48 dəfə baxılıb 16-04-2025, 13:17

İran XİN başçısı: Uranın zənginləşdirilməsi prinsipi ABŞ ilə müzakirə mövzusu deyil


İran ABŞ ilə uranın zənginləşdirilməsi məsələsini Tehran üçün məqbul şərtlərlə müzakirə etməyə hazırdır.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, Vaşinqtonun İranın nüvə proqramının tam ləğv edilməsində israr etməyi dayandıracağı halda mümkündür.

"Əgər amerikalılar konstruktiv mövqe tutsalar, mümkün sövdələşmə ilə bağlı danışıqlara başlaya bilərik. İranın uranı zənginləşdirməsi real məsələdir və biz bəzi narahatlıqlara baxmayaraq, Tehranın nüvə proqramına etimadın gücləndirilməsi üzərində işləməyə hazırıq. Lakin zənginləşdirmə prinsipi müzakirə mövzusu deyil", - nazir qeyd edib.

İran və ABŞ arasında nüvə problemi ilə bağlı danışıqların birinci raundu aprelin 12-də Omanda keçirilib. Danışıqların ikinci raundu isə aprelin 19-da elə bu ölkədə baş tutacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi