hia.az

Mixail Kavelaşvili İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

60 dəfə baxılıb 16-04-2025, 12:11

Mixail Kavelaşvili İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstana səfərə dəvət edib.

Bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışı zamanı bildirib.

O, səmimi qəbula görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və Azərbaycana səfərinin strateji əhəmiyyətini qeyd edib.

"Bildiyiniz kimi, bu, mənim seçkilərdən sonra ilk rəsmi səfərimdir. Bu səfər xüsusi əhəmiyyət kəsb edir, çünki Azərbaycan Gürcüstan üçün strateji əhəmiyyətli tərəfdaşdır. Cənab Prezident, sizi Gürcüstana cavab səfərində görmək bizim üçün böyük şərəf olardı", - M.Kavelaşvili əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi