hia.az

Köçəryan Putinin Ermənistan üzrə kuratoru ilə görüşüb

56 dəfə baxılıb 12-04-2025, 10:53

Köçəryan Putinin Ermənistan üzrə kuratoru ilə görüşüb

Bu yaxınlara qədər Putinin administrasiyası rəhbərinin müavini Dmitri Kozak Ermənistan üzrə kurator olub, lakin təxminən bir ay əvvəl onu Rusiyanın keçmiş baş naziri Sergey Kiriyenko əvəzləyib. Kiriyenko həm də Abxaziya, Cənubi Osetiya və Moldova istiqamətlərini koordinasiya edir.

“Hraparak” qəzeti yazır ki, Putin administrasiyasında Ermənistan üzrə kuratorluğun Sergey Kiriyenkoya həvalə edilməsini məsələnin Kreml üçün önə çıxdığını göstərir.

"Bu, onu göstərir ki, Ermənistan Kreml üçün mühüm ölkəyə çevrilib və ona görə də bu sahəyə daha nüfuzlu məmur təyin olunub. Putin Kiriyenkoya güvənir, o, Kremldə çox məsuliyyətli və mühüm rol oynayır. Bu ay ərzində Kiriyenko vəziyyətlə tanış olur. Bu müddət ərzində o, bəzi erməni siyasi xadimləri ilə əlaqə saxlayıb, hətta bəziləri ilə görüşüb”, - nəşr qeyd edib.

Məlumatda o da bildirilib ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan da Moskvaya gedib və Sergey Kiriyenko ilə görüşüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi