hia.az

Putin Trampla yaxın günlərdə danışacaq? - Kremldən AÇIQLAMA

49 dəfə baxılıb 4-04-2025, 15:08

Putin Trampla yaxın günlərdə danışacaq? - Kremldən AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında yaxın günlərdə telefon danışığı planlaşdırılmır.

Bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə bildirib.

"Prezidentin qrafikində bununla bağlı hələ heç nə yoxdur", - Dmitri Peskov deyib.

O, həmçinin Trampın müşavirlərinin ona Moskva Ukraynada tam atəşkəs elan edənə qədər Rusiya prezidentinə zəng etməkdən çəkinməyi tövsiyə etməsi ilə bağlı xəbəri şərh etməyib.

"Hazırda mediada çoxlu saxta, şayiələr, fərziyyələr və açıq yalanlar dərc olunur", - Kremlin mətbuat katibi bildirib.

O əlavə edib ki, Rusiya və ABŞ Vladimir Putinin əvvəllər səsləndirdiyi Ukrayna böhranının həllinin “nüansları” ilə bağlı danışıqlar aparır.

Rusiya və ABŞ prezidentləri arasında ilk telefon danışığı fevralın 12-də olub. Putinlə Tramp arasında ikinci söhbət isə martın 18-də baş tutub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi