hia.az
hia.az

Dövlət Departamentinin baş müşaviri: Tramp Bakı və İrəvan arasında gözlənilən sülhün imzalanmasını gözləyir

44 dəfə baxılıb 4-04-2025, 11:45

Dövlət Departamentinin baş müşaviri: Tramp Bakı və İrəvan arasında gözlənilən sülhün imzalanmasını gözləyir

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında uzun gözlənilən sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyir.

Bunu ABŞ Dövlət Departamentinin Enerji Resursları İdarəsinin baş müşaviri Erik Ceykobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü nazirlər görüşündə bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsi Cənubi Qafqaz regionu üçün təhlükəsizlik və rifah dövrünün başlanğıcı olacaq.

"İcazə verin sizi Ermənistanla sülh müqaviləsinin mətni üzərində işin tamamlanması münasibətilə təbrik edim. Prezident Tramp onun imzalanmasını və ratifikasiyasını səbirsizliklə gözləyir. Sabitlik və rəsmi sülh sazişi regionda uzunmüddətli iqtisadi inkişafın təmin edilməsi üçün həlledici əhəmiyyət kəsb edir", - deyə Ceykobs bildirib və əlavə edib ki, möhkəm sülh münaqişələr zəncirini qıracaq və Cənubi Qafqazda təhlükəsizlik və rifah dövrünün başlanğıcını qoyacaq.

"Biz sülh və tərəqqi yolunda atdığınız cəsarətli addımı yüksək qiymətləndiririk", - deyə o bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi