hia.az

Bakı Metrosunda yüksək vəzifəyə TƏYİNAT

63 dəfə baxılıb 3-04-2025, 14:24

Bakı Metrosunda yüksək vəzifəyə TƏYİNAT


“Bakı Metropoliteni” QSC-də yeni təyinat olub.

Cəmilə Hidayət qızı Xəlilova “Bakı Metropoliteni” QSC-də İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Cəmilə Xəlilova 1984-cü ildə anadan olub. 2000-2005-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, 2005-2007-ci illərdə isə magistr dərəcəsi alıb. 2019-2024-cü illərdə təhsilini Böyük Britaniyanın “Chartered Institute of Professional Development”də (CIPD) davam etdirib və strateji insan resursları sahəsində iki diplom əldə edib

2005-2017-ci illərdə bir sıra şirkətlərdə hüquq və insan resursları sahəsində müxtəlif vəzifələri icra edib, 2017-2023-cü illərdə “Nobel Energy” şirkətlər qrupuna daxil olan “Prokon EPC” şirkətində İnsan resursları departamentinin direktoru, 2023-cü ildən etibarən “SOCAR AQS” MMC-nin İnsan kapitalı şöbəsinin meneceri vəzifəsində çalışıb.

Hazırda “Selinus University of Sciences”də insan idarəedilməsi sahəsi üzrə doktorantura təhsili alır və CİPD İnstitutunun “Fellow Chartered” üzvüdür.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi