hia.az

Rəhbərlər Sarkisyanla Babayan idi - Ermənilərin məhkəməsində ETİRAF

52 dəfə baxılıb 3-04-2025, 13:05

Rəhbərlər Sarkisyanla Babayan idi - Ermənilərin məhkəməsində ETİRAF


Aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyan dövlət ittihamçılarının suallarını cavablandırarkən qondarma rejimin “ordu”sunun idarə olunmasının “özünümüdafiə komitəsi” tərəfindən həyata keçirildiyini bildirib.

O qeyd edib: “Rəhbərlər Serj Sarkisyan və Samvel Babayan idi. Amma idarəetmə mexanizmi ilə bağlı bir şey deyə bilmərəm”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi