hia.az

Hakan Fidan NATO XİN rəhbərlərinin iclasında iştirak edəcək

59 dəfə baxılıb 2-04-2025, 13:25

Hakan Fidan NATO XİN rəhbərlərinin iclasında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 3-4-də Brüsseldə keçirilməsi planlaşdırılan NATO xarici işlər nazirlərinin iclasına qatılacaq.

Bu barədə “Report”un Ankara bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, toplantı ABŞ-ın yeni administrasiyası ilə digər müttəfiqlər arasında ilk kütləvi görüş olacaq.

Sessiyalarda Hakan Fidanın Türkiyənin müasir hərbi imkanları və qabaqcıl müdafiə sənaye infrastrukturu, Avroatlantik, Asiya-Sakit Okean regionlarının təhlükəsizliyi, NATO-nun cənub-şərq cinahında kritik mövqedə olan Türkiyə, Avropa təhlükəsizliyinin gələcəyi ilə bağlı proseslərdəki rolu, Türkiyənin Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü, davamlı atəşkəs və sülhün təmin edilməsi üçün dəstəyi və bu kimi məsələlərlə bağlı çıxışları nəzərdə tutulur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi