hia.az
hia.az

Ştaynmayer: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün şərtlər yerinə yetiriləndir

61 dəfə baxılıb 2-04-2025, 12:36

Ştaynmayer: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün şərtlər yerinə yetiriləndir

 
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer hesab edir ki, Azərbaycan və Ermənistana qarşılıqlı etimadın bərpası üçün vaxt lazım olacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən Almaniya Prezidenti bildirib.

"Qarşılıqlı etimadı bərpa etmək üçün vaxt və səy lazımdır. Bu, çox uzun bir prosesdir. Ölkələrə və xalqlara hələ çox vaxt lazım olacaq. Barışıq üçün zaman lazımdır və onu əldən verməməliyik", - F.Ştaynmayer qeyd edib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin qurulmasında ilk addım sülh sazişinin imzalanması ola bilər: "Düşünürəm ki, sülh sazişinin imzalanması üçün söylənilən şərtlər yerinə yetiriləndir. Hər iki tərəf razılığa gələcək, Ermənistan və Azərbaycan arasında sülh prosesinin qarşısındakı maneələr aradan qaldırılacaq".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi