hia.az

Ermənistanda prokurorluq keçmiş baş qərargah rəisindən 11 milyon dollar ödəməyi tələb edir

61 dəfə baxılıb 2-04-2025, 10:08

Ermənistanda prokurorluq keçmiş baş qərargah rəisindən 11 milyon dollar ödəməyi tələb edir

Ermənistan baş prokurorluğu məhkəmə qarşısında silahlı qüvvələrin keçmiş baş qərargah rəisi Movses Akopyanın və raket qoşunları və artilleriya idarəsinin keçmiş rəisi Armen Arutyunyanın 4,5 milyard dram (təxminən 11 milyon dollar) ödəmələri iddiasını qaldırıb.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Nəzarət qurumu bu vəsaitlərin mənşəyini qanunsuz hesab edir.

Bundan əlavə, 9 il əvvəl Akopyanın Baş Qərargaha rəhbərlik etdiyi dövrdə 4,3 milyard dram məbləğində Rusiyadan yararsız olduğu iddia edilən hərbi texnikanın alınması ilə bağlı iş də məhkəməyə təqdim edilib.

Daha əvvəl bəzi KİV-lər Arutyunyanın bu iş üzrə bəraət aldığını, Akopyana qarşı isə yeni ittihamların irəli sürüldüyünü yazıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi