hia.az
hia.az

Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub

55 dəfə baxılıb 2-04-2025, 09:25

Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub

Azərbaycanda səfərdə olan Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayeri qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Almaniya Prezidentinə raport verib.

Almaniya və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi