hia.az

Nəsimidə yerləşən evə pəncərədən daxil olurlar? - AÇIQLAMA

55 dəfə baxılıb 1-04-2025, 13:44

Nəsimidə yerləşən evə pəncərədən daxil olurlar? - AÇIQLAMA

Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 55 ünvanında yaşayan sakinin evinin blokuna əsas giriş qapısının bağlanması və həmin şəxsin mənzilə pəncərədən daxil olması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi məlumat yayıb.

Bildirilib ki, ötən gün bir sıra media orqanlarında əsassız, yoxlanılmamış və ictimaiyyətdə yanlış təsəvvür yaradan məlumatlar yer alıb.

"Sözügedən bina 1885-ci ildə tikilib və bir müddət öncə dövlət layihəsi çərçivəsində aidiyyəti qurum tərəfindən təmir olunub. Vətəndaş tərəfindən mənzilin bir mövcud girişi olmasına baxmayaraq müəyyən məqsədlər üçün əlavə giriş açmaq niyyətində olub. Qeyri-qanuni olaraq binanın konstruksiyasına müdaxilə faktlarının qarşısı dəfələrlə qurumun nümayəndələri tərəfindən alınıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi