hia.az

Azərbaycana Novruz bayramı ilə əlaqədar turist axını azalıb

68 dəfə baxılıb 24-03-2025, 11:49

Azərbaycana Novruz bayramı ilə əlaqədar turist axını azalıb

Bu ilin mart ayında Novruz bayramı ilə əlaqədar Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Bu barədə qurumun tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş Komissiyası”nın növbəti iclasında məlumat verilib.

İclasda 2025-ci ildə turizm sektorunun vəziyyəti, qarşıdakı gözləntilər müzakirə edilib. Bildirilib ki, 2024-cü ildə ölkəyə turist axını 2023-cü il ilə müqayisədə 30 % çox olsa da, 2019-cu il səviyyəsinə çatmayıb.

Komissiyanın sədr müavini Ceyhun Aşurov regional turizmin inkişafı üçün təkliflərlə çıxış edib. Onun sözlərinə görə, ölkəyə daha çox turistin gəlməsi üçün daha çox səbəblər yaratmaq lazımdır.

Azərbaycanın 8 beynəlxalq hava limanından yalnız birinin – Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunun effektiv işlədiyini diqqətə çatdıran C.Aşurov ölkənin regionlarındakı hava limanlarının inkişafının vacibliyini qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi