hia.az
hia.az

Matviyenko: Rusiya və Azərbaycanın illik ticarətinin dəyəri 8 milyard dollara qədər arta bilər

60 dəfə baxılıb 17-03-2025, 14:50

Matviyenko: Rusiya və Azərbaycanın illik ticarətinin dəyəri 8 milyard dollara qədər arta bilər

Rusiya və Azərbaycan qarşılıqlı ticarət dövriyyəsini ildə 8 milyard dollara çatdırmaq üçün böyük potensiala malikdir.

Bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasının açılış mərasimində bildirib.

"Rusiya və Azərbaycan ticarət dövriyyəsini artırmaq üçün böyük imkanlara malikdir. Biz ildə təkcə 4 milyard dollara deyil, bütün 8 milyard dollarlıq göstəriciyə çata bilərik. Bu, bizə istənilən problem və maneələri dəf etməyə imkan verəcək. Biz ölçülüb-biçilmiş siyasətinə və Rusiya ilə çoxtərəfli qarşılıqlı fəaliyyətə meyilli olmasına görə Azərbaycana minnətdarıq", - V.Matviyenko bildirib.

O, həmçinin iqlim dəyişikliyi ilə bağlı məsələlərin vacibliyini vurğulayıb.

"Bu problem hamımıza aiddir. Azərbaycanlı həmkarlarımızı 11-ci Neva Ekoloji Konqresində iştirak etməyə xüsusi olaraq dəvət etmək istəyirəm", - sədr qeyd edib.

Bundan başqa, V.Matviyenko Rusiya və Azərbaycanın turizm sahəsində uğurlu əməkdaşlığını qeyd edib, azərbaycanlı investorların Rusiya kurortlarına fəal şəkildə sərmayə qoyduğunu vurğulayıb.

"Turistlərin sayı hər iki istiqamətdə artır, dil baryerinin olmaması və dostluq münasibətləri turizmin inkişafına töhfə verir ", - o əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi