hia.az
hia.az

Spiker: Azərbaycanla bağlı strateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində səmərəliliyi yüksəldib

41 dəfə baxılıb 14-03-2025, 13:43

Spiker: Azərbaycanla bağlı strateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində səmərəliliyi yüksəldib

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası xalqa və dövlətə yeni böyük uğurlar gətirib.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatı ilə bağlı danışarkən deyib.

O bildirib ki, dövlət başçısı tərəfindən Azərbaycanın inkişafı ilə bağlı strateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində məqsədyönlüyü və səmərəliyi yüksəldib:

“Ölkənin iqtisadi dayanıqlığının qorunmasına, modernləşməyə və sosial rifaha xidmət edən düşünülmüş tədbirlər həyata keçirilib”.

S.Qafarova əlavə edib ki, ötən il ümumi daxili məhsulun artımı həm neft, həm də qeyri neft-qaz sahələri hesabına əldə edilib:

“İqtisadiyyatın şaxələndirilməsi, xüsusilə də nəqliyyat-tranzit potensialının reallaşdırılması, kənd təsərrüfatının, turizmin, rəqəmsal və yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Hökumətin bu istiqamətdə gördüyü işlər iqtisadiyyatın dayanıqlı olmasına xidmət edir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi