hia.az
hia.az

Erməniəsilli şahid: Vardanyan yaşı 45-50-dək olan şəxslərdən ibarət muzdlu dəstələr yaradırdı

65 dəfə baxılıb 11-03-2025, 14:05

Erməniəsilli şahid: Vardanyan yaşı 45-50-dək olan şəxslərdən ibarət muzdlu dəstələr yaradırdı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasında şahid ifadə verib.

Şahid qismində ifadə verən Qarabağda yaşayan erməniəsilli şəxs 44 günlük müharibədən bir müddət sonra Ruben Vardanyanın Xankəndiyə gəldiyini bildirib və deyib: “Bilmirəm Rusiyadan gəlmişdi, ya başqa yerdən”.

O, R.Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-dək olan insanlardan ibarət dəstələr yaratdığını, onları maliyyələşdirdiyini bildirib. “Çox sayda cavan insan gedib o qruplaşmalara yazılmışdı. Mənim üçün maraqlı o idi ki, dünyada tanınmış biznesmen, oliqarx Ruben Vardanyan, – mən demirəm ki, o, mənim düşmənimdir, yox, – nəyə görə öz biznesini qoyub Qarabağa gəlmişdi?”

Şahid insanların 700-2000 dollar müqabilində dəstəyə qoşularaq hərbi təlimlərə cəlb olunduğunu deyib.

Daha sonra şahidin DTX-də ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub. Şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyib.

Məhkəmə prosesi fasilədən sonra davam etdiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi