hia.az
hia.az

Ötən il Azərbaycanda üç xarici film çəkilib

68 dəfə baxılıb 10-03-2025, 10:15

Ötən il Azərbaycanda üç xarici film çəkilib

2024-cü ildə Azərbaycanda üç xarici film çəkilib.

Bu barədə “Cinema Talks”da Azərbaycan Respublikasının Kino Agentliyinin əməkdaşı Sabina Bağırova məlumat verib.

Onun sözlərinə görə, filmlərdən ikisi “Netflix”, biri isə “Amazon Prime” şirkətinə məxsus olub: “Həmçinin, ötən il ərzində Azərbaycanda xarici film şirkətləri tərəfindən 8 reklam/musiqi çarxı, 2 televiziya verilişi çəkilib”.

S.Bağırova qeyd edib ki, 2023-2024-cü illərdə Azərbaycana xarici film şirkətləri tərəfindən 10 milyon dollar investisiya yatırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi