Türkiyə Rusiya-Ukrayna müharibəsində atəşkəs elan edilməsini dəstəkləyir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ-yə üzv dövlətlərin liderlərinin onlayn görüşündə deyib.
Dövlət başçısı ədalətli, davamlı və şərəfli sülh üçün mübarizə aparan hər iki tərəfin (Rusiya və Ukrayna - red.) masa arxasında olacağı möhkəm diplomatik zəminin vacibliyini ifadə edib:
“Biz tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün mümkün qədər sürətli formada atəşkəsin elan edilməsini, eləcə də hava və dəniz üzərindən hücumların dayandırılması ideyasını dəstəkləyirik”.
Ərdoğan həmçinin bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll edilməsi istiqamətində müzakirələrə evsahibliyi daxil olmaqla bütün mümkün dəstəyi verməyə hazırdır.