hia.az
hia.az

Rəsmi Paris: Trampın siyasəti dünya nizamını sarsıdır

41 dəfə baxılıb 7-03-2025, 13:32

Rəsmi Paris: Trampın siyasəti dünya nizamını sarsıdır

ABŞ Prezidenti Donald Tramp beynəlxalq nizamın pozulmasına səbəb olur.

Bu barədə Fransanın baş naziri Fransua Bayru “CNEWS” telekanalına açıqlamasında bildirib.

"Siz soruşursunuz ki, ABŞ bizim müttəfiqimizdir? Məgər müttəfiq rəqiblərimizin tərəfinə keçməyə, dünya nizamını pozanların sırasına qoşulmağa qərar verir? Xeyr, bu, düşmən deyil. Bu, "dünya nizamının pozulması" adlanır", - o bildirib.

Bayrunun sözlərinə görə, ABŞ Prezidenti öz müttəfiqlərini rəqiblərə çevirir və bununla da dünyadakı vəziyyəti gərginləşdirir.

"Trampla razılaşdığım yeganə məsələ odur ki, Avropa özünü öz gücü ilə müdafiə etməli olacaq", - o qeyd edib.

ABŞ-nin tətbiq etməyi planlaşdırdığı rüsumlardan danışan baş nazir vurğulayıb ki, Trampın Avropaya elan etdiyi ticarət müharibəsi Fransa iqtisadiyyatı üçün problemlərə səbəb olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi