hia.az

Bakının Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılacaq

70 dəfə baxılıb 7-03-2025, 10:07

Bakının Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılacaq

Martın 8-i, saat 09:00-dan martın 9-u saat 23:00-a qədər Bakının Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində aparılacaq  təmir işləri ilə əlaqədar olaraq, prospektin əsas yolunda, hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

"Yol bağlanmır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib. 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi