hia.az
hia.az

DYP səhhətində problemlər olan sürücülərə müraciət edib

39 dəfə baxılıb 6-03-2025, 13:49

DYP səhhətində problemlər olan sürücülərə müraciət edib

Son vaxtlar səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə tez-tez rast gəlinir ki, bu da yollarda arzuolunmaz hadisələrin, ağır faciələrin baş vermə ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin səhhətində ciddi problemlər olan sürücülərə müraciətində deyilir.

"Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq yaradan maddələr mövcuddur ki, bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onlardan verilən tövsiyələrə əməl etməyi, səhlənkarlıq nəticəsində yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir", müraciətdə deyilir.

O da bildirilib ki, ötən gün Bakı-Sumqayıt şosesində halı pisləşən sürücüyə yol polisi tərəfindən ilkin tibbi yardım göstərilib və bu hadisə bir müddət yolda sıxlığa səbəb olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi