hia.az
hia.az

D-8 Azərbaycanın təşkilatın inkişafına fəal töhfə verəcəyinə ümid edir

25 dəfə baxılıb 5-03-2025, 09:17

D-8 Azərbaycanın təşkilatın inkişafına fəal töhfə verəcəyinə ümid edir

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın üzv dövlətlər arasında ticarət, nəqliyyat, enerji, turizm, kənd təsərrüfatı və gənclər siyasəti də daxil olmaqla strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edir.

Bu barədə D-8-in “X” sosial şəbəkəsindəki hesabında təşkilatın baş katibi İsiak Əbdülqadir İmamla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında keçirilən görüşün yekunlarına dair paylaşım edilib.

Qeyd olunub ki, görüşdə XİN başçısı bir daha təsdiqləyib ki, Azərbaycan D-8-in məqsədlərinə nail olması üçün işinə töhfə verməyə sadiqdir.

"Nazir enerji, iqlim, nəqliyyat, gənclər və KİV sektorlarında dərhal həyata keçirilə biləcək bir neçə mühüm istiqamət müəyyən edib. D-8 ailəsinə yeni üzvün qəbulu ümidverici başlanğıcdır", - məlumatda qeyd edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi