hia.az

Hökumət gələn həftə parlamentə hesabat verəcək - EKSKLÜZİV

61 dəfə baxılıb 3-03-2025, 14:33

Hökumət gələn həftə parlamentə hesabat verəcək - EKSKLÜZİV

Nazirlər Kabineti Milli Məclisə hesabat verəcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, hökumətin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı gələn həftə parlamentə təqdim ediləcək.

Hesabatın qanunverici orqanının martın 14-də keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxarılacağı nəzərdə tutulub.

Sənədi Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir. İclasda onunla yanaşı digər hökumət üzvlərinin də iştirak etməsi nəzərdə tutulub.

Qeyd edək ki, hesabatda hökumətin ötən il gördüyü işlər, Nazirlər Kabenetinin fəaliyyəti yer alacaq.

Xatırladaq ki, hökumətin parlamentə hesabat verməsi təcrübəsi konstitusion norma kimi müəyyən olunub. Belə bir hesabatlılıq hər iki qurum arasında konstruktiv və işgüzar əməkdaşlığa töhfə verir, hökumətin gördüyü işləri deputatlarla birlikdə təhlil etməyə və qarşıda dayanan vəzifələri bir daha dəqiqləşdirməyə şərait yaradır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi