hia.az

Bakıda yeni avtomobil yolu ilə əlaqəli tikinti altına düşən yaşıllıqların köçürülməsinə başlanılıb

75 dəfə baxılıb 28-02-2025, 14:53

Bakıda yeni avtomobil yolu ilə əlaqəli tikinti altına düşən yaşıllıqların köçürülməsinə başlanılıb.

Bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyi və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi birgə məlumat yayıb. 

Qeyd olunub ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi-“Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi-Müzəffər Nərimanov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni avtomobil yolunun inşası zamanı tikinti altına düşən yaşıllıqların mərhələli şəkildə köçürülməsinə başlanılıb. 

Layihənin əhəmiyyəti, tıxacların qarşısının alınmasının vacibliyi nəzərə alınaraq Keşlə bazarı ətrafındakı tikinti altına düşən ağaclar Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən aqrotexniki qaydalara uyğun budanaraq köçürülüb, bioloji inkişafdan qalmış  ağaclar isə aidiyyəti qurumun rəyi əsasında götürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi