hia.az

Bakıda çoxmənzilli binalarda 141 lift dəyişdiriləcək

73 dəfə baxılıb 28-02-2025, 14:28

Bakıda çoxmənzilli binalarda 141 lift dəyişdiriləcək

Bakıda çoxmənzilli binalarda 141 lift dəyişdiriləcək.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamda deyilir.

Sənədə əsasən, Bakıda liftlərin dəyişdirilməsinə 7 milyon manat vəsait ayrılıb.  

Sumqayıtda bu məqsədlərdən ötrü 1 milyon 491 min (30 lift), Naxçıvanda  546 min (11 lift) Gəncədə  497 min manat (10 lift), Xırdalan  248 min manat (5 lift), Qazaxda  99,4 min manat (2 lift), Bərdə  49,7 min manat (1 lift) ayrılıb.

Qeyd edək ki, Azərbaycanda ümumilikdə 7 şəhər üzrə çoxmənzilli binaların 200 liftinin dəyişdirilməsinə 10 milyon manata yaxın vəsait ayrılıb


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi