hia.az
hia.az

Pakistanda məsciddə partlayış olub, dörd nəfər ölüb - YENİLƏNİB

52 dəfə baxılıb 28-02-2025, 13:38

Pakistanda məsciddə partlayış olub, dörd nəfər ölüb - YENİLƏNİB

Pakistanın Akora şəhərində məsciddə törədilən partlayış nəticəsində ən azı dörd nəfər ölüb, 12 nəfər yaralanıb.

Bu barədə “Geo” telekanalı məlumat yayıb.

Hadisə ilə əlaqədar tibb müəssisələrində yüksək hazırlıq səviyyəsi elan edilib.

Qeyd edilib ki, hadisə müsəlmanların müqəddəs Ramazan ayı öncəsi son cümə namazı zamanı baş verib. Darul Ulum Haqqaniyya mədrəsəsi ölkədə ən böyük İslam məktəblərindən biridir.

***

Pakistanın şimal-şərqindəki Akora Hattak şəhərində yerləşən məsciddə partlayış baş verib, bir neçə nəfər xəsarət alıb.

Bu barədə “Geo” telekanalı yerli polisə istinadən məlumat yayıb.

"Akora Hattak şəhərindəki Dar al-Ulum Haqqania məscidində partlayış baş verib, bir neçə nəfər xəsarət alıb", - telekanal bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi